NATO-da xidmət edən zabitlərimizi artırırıq

NATO-da xidmət edən zabitlərimizi artırırıq
  25 Mart 2014    Oxunub:963
Azərbaycan bu il NATO-da xidmət edən zabitlərin sayını artıracaq.

Azvision.az Müadifə Nazirlyinin rəsmi saytına istinadən xəbər verir ki, 2014-cü ilin yay aylarında Azərbaycanın NATO-da xidmət edən zabitlərin say tərkibinin artırılması planlaşdırılır.
Hal-hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 7 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edirlər.

Bundan əlavə,Azərbaycan Respublikasının NATO ilə 2014-cü üçün Fərdi Tərəfdaşlığın Əməkdaşlıq Proqramının Müdafiə Nazirliyinə aid olan hissəsində 90 tədbirdə Silahlı Qüvvələrin 900-ə yaxın hərbi qulluqçusunun iştirakı nəzərdə tutulub. Bu tədbirlərdə 81-i xarici dövlətlərdə, 9 tədbirin isə Azərbaycanda keçirilməsi planlaşdırılıb.

NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə NATO arasında 2013-cü il üçün razılaşdırılmış Fərdi Tərəfdaşlığın Əməkdaşlıq Proqramının Müdafiə Nazirliyinə aid olan hissəsinə əsasən 100-dək tədbirdə Silahlı Qüvvələrin 1000-dən artıq nümayəndələri iştirak edib.

Müdafiə Siyasəti və Strategiyası, dil təlimi, hərbi təlimlər və təlimlə bağlı tədbirlər, hərbi təhsil, doktrina, Maddi - Texniki Təminat, Sülhməramlı qüvvələrin konsepsiyası, planlaşdırılması və əməliyyat sahələri, Komanda və nəzarət, Beynəlxalq humanitar hüquq, Müdafiənin planlaşdırılması, Büdcə və ehtiyatların idarə edilməsi sahələrinə əsas prioritet verilib.


Teqlər:  





Xəbər lenti