MDB Baş Qərargah rəisləri Bakıda toplanacaq

MDB Baş Qərargah rəisləri Bakıda toplanacaq
  25 Mart 2014    Oxunub:748
İlk dəfə olaraq Azərbaycanda keçiriləcək iclas aprelin 7-8-də baş tutacaq
Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasının keçirilməsi planlaşdırılır.

Azvision.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ilk dəfə olaraq Azərbaycanda keçiriləcək iclas aprelin 7-8-də baş tutacaq.

Azərbaycan Silahlı Qüvvələrinin qarşısında beynəlxalq əməkdaşlıq üzrə duran əsas vəzifə respublikamızın strateji maraqlarına uyğun olaraq, həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda hərbi əməkdaşlığın genişləndirilməsindən, bu əməkdaşlığın Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə və prioritet vəzifələrinin yerinə yetirilməsi işinə töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, hazırda Azərbaycan Müdafiə Nazirliyi MDB-nin üzv-dövlətləri Müdafiə Nazirləri Şurasının və Baş Qərargah rəisləri Komitəsinin iclaslarında iştirak edir. MDB Müdafiə Nazirləri Şurasının iclasları 2001-ci və 2006-cı illərdə Bakıda keçirilib.


Teqlər:  





Xəbər lenti