Maksim Şevçenko: `Azərbaycanlılar Qarabağın yerli əhalisidir`

Maksim Şevçenko: `Azərbaycanlılar Qarabağın yerli əhalisidir`
  25 Mart 2014    Oxunub:1055
Ekspert: "Qarabağda əsrlərdir yaşayan azərbaycanlıların buradan çıxarılması cinayətdir".

Dini siyasət və etnik mədəniyyət üzrə ekspert, Rusiyanın ORT telekanalın ictimai-siyasi tok-şousunun aparıcısı Maksim Şevçenko Dağlıq Qarabağla Krım münaqişəsi arasında paralel aparanlara cavab verib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, "Vestnik Kavkaza"nın müxbiri ilə söhbətində M. Şevçenko azərbaycanlıların Dağlıq Qarabağın yerli əhalisi olduğunu bildirib.

"Nəzərinizə çatdırım ki, Dağlıq Qarabağ ətrafında status-kvo müharibədən sonra yaranıb. Müharibə nəticəsində minlərlə insan həlak olub, on minlərlə şəxs isə əsrlərdir yaşadığı doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb. Krımda isə Qarabağdan fərqli olaraq etnik təmizləmə olmayıb. Krım sülh olan ərazidir", - deyə Maksim Şevçenko deyib.

"Yaddan çıxarmaq olmaz ki, azərbaycanlılar təkcə türklərdən ibarət deyil. Bura alban əsilli qafqaz xalqaları və ləzgilər də daxildir. Qarabağ xanlığı burda yaşayan və sonradan özlərini azərbaycanlı adlandıran yerli əhalinin qurduğu bir xanlıqdır. Həmin əhalinin Qarabağdan çıxarılması cinayətdir. Yalnız oranın yerli əhalisi həmin əraziyə qayıtıqdan sonra hər hansı refenrendumun keçirilməsi haqda danışmaq olar. Qaçqınların Qarabağa qayıtmasınadək orada keçirilən istənilən referendum qeyri-legitim olacaq", - deyə M.Şevçenko bildirib.

Ekspert Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə qarışacağı haqda söz-söhbətlərə də aydınlıq gətirib. O, bildirib ki, bu cür söz-söhbətlərin əsası yoxdur: "Rusiya Ermənistanla hərbi əməkdaşlıq edir. Bundan başqa KTMT-ni də unutmaq olmaz. KTMT-nin nizamnaməsinə görə, quruma üzv olan ölkələr digər bir üzv dövlətə hücum olarsa münaqişəyə qoşulmalıdır. Dağlıq Qarabağ isə KTMT-yə üzv deyil. Rusiya bu regionda sülhün təminatçısı kimi çıxış edir. Belə ki, Dağlıq Qarabağ de-yure Rusiyanın hərbi qüvvələrinin Azərbaycan ərazisinə yeritmək üçün presedent ola bilməz".

"Azərbaycan güclü ordusu, müstəqil siyasəti olan, qonşularına qarşı prinsipial mövqe nümayiş etdirən Cənubi Qafqazın önəmli ölkəsidir. Əgər Rusiya Xəzər regionunda sülhdə maraqlıdırsa, Azərbaycan onun üçün 1 nömrəli partyordur"


Teqlər:  





Xəbər lenti