Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  26 Mart 2014    Oxunub:1832
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, axşam buludlu olacaq. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək, gündüz şimal və qərb rayonlarından başlayaraq yağıntılar olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 15-20 dərəcə isti təşkil edəcək, bəzi yerlərdə 23 dərəcəyədək yüksələcək.

Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13, bəzi yerlərdə 17 dərəcəyədək isti olacaq.


Teqlər:





Xəbər lenti