Prezident MTN işçilərini mükafatlandırdı - SİYAHI

  27 Mart 2014    Oxunub : 627
Prezident MTN işçilərini mükafatlandırdı - SİYAHI
Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə, xüsusilə ağır cinayət işlərinin istintaqının aparılmasında fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarının təltif edilməsi barədə Sərəncam imzalayıb:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:

Həsənov Elşən Bəşir oğlu - polkovnik
Sayılov Şahin Ənvər oğlu - polkovnik

"Vətən uğrunda" medalı ilə:
Bağırov Fariz Nəriman oğlu - polkovnik
Həsənov İlham Məhəbbət oğlu - polkovnik-leytenant
Mirzəyev Məzahir Vahid oğlu - polkovnik-leytenant
Oruclu Elmidar Lətif oğlu - mayor
Rəhimov İmran Məhəmməd oğlu - polkovnik-leytenant
Şıxəliyev Mövlam Məmmədismayıl oğlu - general-mayor

"İgidliyə görə" medalı ilə:
Əliyev Elçin Ərsalan oğlu - general-mayor
Əliyev Tərlan Əşrəf oğlu - mayor
Mahmudov Suad Fuad oğlu - polkovnik-leytenant

"Hərbi xidmətlərə görə" medalı ilə:

Abdullayev Rüfət Kazım oğlu - kapitan
Ağasiyev Əmiraslan Seyidqulu oğlu - polkovnik
Babatov Tehran İbad oğlu - polkovnik
Babayev Elşən İsmayıl oğlu - polkovnik-leytenant
Əliyev Akif Oktay oğlu - mayor
İsgəndərov Araz Ələddin oğlu - polkovnik-leytenant
Quliyev Fəxrəddin Azay oğlu - mayor
Məmmədov Afin Qalabəyi oğlu - kapitan
Rəhimov Farid Talib oğlu - kapitan
Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor

Prezidenti İlham Əliyevin digər sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələri verilib.

İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilməsi barədə Sərəncam imzalayıb:

general-leytenant ali hərbi rütbəsi:
general-mayor Hilal Mirzəli oğlu Əsədova
general-mayor Əli Sabir oğlu Şəfiyevə
general-mayor ali hərbi rütbəsi:
polkovnik Tarverdi Məmməd oğlu Məmmədova.

Teqlər: