Zakir Həsənov gürcü hərbçilərlə görüşəcək

Zakir Həsənov gürcü hərbçilərlə görüşəcək
  27 Mart 2014    Oxunub:832
Gürcüstan Müdafiə nazirinin müavini ölkəmizə işçi səfərə gələcək
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, martın 28-də Gürcüstan Müdafiə nazirinin müavini cənab Mixeil Darçiaşvili Azərbaycan Respublikasına işçi səfərə gələcək.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Cənab M.Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Gürcüstan Müdafiə nazirinin müavini cənab M.Darçiaşvilinin səfəri martın 29-dək davam edəcək.


Teqlər:





Xəbər lenti