“Eldar Namazov İbrahimbəyovla danışmır” - AÇIQLAMA
“Eldar Namazovla Rüstəm bəyin uzun müddətdir danışmadığından xəbərim var. Amma mən indiki halda Rüstəm İbrahimbəyov, Eldar Namazov və Cəmil Həsənli üçbucağına müdaxilə etmək istəməzdim. Özümə gəlincə isə mütəmadi olaraq onunla əlaqə saxlayıram. Sonuncu dəfə bir həftə əvvəl əlaqə saxlamışıq. Bəzən o, bəzən də mən zəng edirəm. Axırıncı dəfə kino ilə bağlı danışmışıq. Həm də Milli Şura və onun hədəfləri barədə müzakirələrimiz oldu”.
Qeyd edək ki, Ziyalılar Forumunun təsisçisi R. İbrahimbəyov bildirib ki, Azərbaycan ziyalıları onunla ünsiyyətə girəndə də gizli danışırlar, xahiş edirlər ki, heç kim bilməsin: “Ona görə də ziyalılara yığışıb nəyisə müzakirə etmək təklif olunanda qorxurlar”.
Fatimə Kərimli