Sinoptiklərdən xəbərdarlıq: qar yağacaq

Sinoptiklərdən xəbərdarlıq: qar yağacaq
  27 Mart 2014    Oxunub:955
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, martın 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında martın 28-də gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə martın 28-də Abşeron yarımadasında mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaq. Martın 29-da atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Martın 30-da isə atmosfer təzyiqinin təzadlı tərəddüdü, güclü xəzri küləyi, ötən günlə müqayisədə havanın temperaturunun qısa müddətdə kəskin enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti