Elçin Hüseynbəyli və Qulu Ağsəsə yeni vəzifə verilib

Elçin Hüseynbəyli və Qulu Ağsəsə yeni vəzifə verilib
  27 Mart 2014    Oxunub:1947
Bu gün Azərbaycan Yazıçılar Birliyində katibliyin toplantısı keçirilib.
Məqsəd qurultay öncəsi birlikdəki bəzi vəzifələrin yeni təyinatların müəyyənləşdirilməsi olub. “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli vəzifəsindən azad edilib. O, bundan sonra “Ədəbiyyat” qəzetinin baş redaktoru vəzifəsini icra edəcək. Onun müavini Qulu Ağsəs isə “Ulduz” jurnalının baş redaktoru olacaq.

Ədəbiyyat qəzetinin keçmiş redaktoru Ayaz Vəfalının səhhətinə görə öz ərizəsiylə vəzifədən getdiyi bildirilir.

Xatırladaq ki, Rəşad Məcid bir neçə gün öncə Ayaz Vəfalının normal ədəbi qəzet çıxara bilməməkdə qınamışdı. Tənqidçi Əsəd Cahangir də “Ədəbiyyat” qəzetinin AYB-nin həftəlik mətbusu olmasına baxmayaraq ədəbi meyarlara cavab vermədiyini bildirmişdi.

“Ulduz” jurnalına və “Ədəbiyyat” qəzetinə yeni təyinatlar da gözlənilir.
Emin


Teqlər:





Xəbər lenti