Polis 1 gündə 38 cinayətin üstünü açıb

Polis 1 gündə 38 cinayətin üstünü açıb
  27 Mart 2014    Oxunub:1105
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 79 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 37 nəfər tutulub.


Teqlər:





Xəbər lenti