Millət vəkili atəşkəsin pozulmasının səbəbini göstərdi
O, güman edir ki, rəsmi Bakının bu prinsipial mövqeyi Mərkəzi Asiya dövlətlərinin də mövqelərinə müəyyən dərəcədə təsir edib. Rusiyanın Krımı özünə birləşdirməsini dəstəkləyən Qazaxıstanla Qırğızıstan bu dəfə neytrallıq sərgiləyiblər.
`Maraqlıdır ki, elə həmin gün Tovuzun Ermənistanla sərhəddindəki Əlibəyli kəndi intensiv atəşə tutuldu. Yerli sakinlərin dediyinə görə, cəbhənin bu hissəsində son yarım ildə ermənilər bu cür azğıncasına atəşkəsi pozmayıblar. Bu, təsadüfdürmü? Əgər Ermənistanın Rusiyanın Krımı ilhaqını dəstəkləməsi, Avropa Birliyi ilə 3 il boyunca apardığı danışıqların üstündən xətt çəkərək Gömrük İttifaqına qoşulması təsadüfdürsə, bu da təsadüfdür. Özü də fikir verirsinizsə, atəşkəsin intensiv pozulması cəbhənin Azərbaycanın içindən keçən hissəsində deyil, sərhəddə - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təsir zonasında baş verir.
Görəsən Amerikanın Minsk qrupundakı təmsilçisi Ceyms Uorlik bunun niyə baş verdiyini və ermənilərin atəksi bu dərəcədə azğıncasına pozmaq əmrini kimdən aldıqlarını bilmirmi? Əlbəttə bilir. Elə isə tvitter diplomatı heç olmasa bu dəfə hər şeyi öz adıyla çağıracaqmı, yoxsa o ancaq "ermənicə" tvitləməyi bacarır?
AzVision.az