Bakıda yeni keçid tikilir

Bakıda yeni keçid tikilir
  28 Mart 2014    Oxunub:858
Bakının Fətəli xan Xoyski prospektində Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında yeni yeraltı piyada keçidinin tikintisinə başlanılır. Bu barədə trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev qeyd edib ki, hazırda ərazi hasarlanıb. Onun sözlərinə görə, bu günlərdə ərazidə qazıntı və kommunikasiya xətlərinin köçürülməsi işlərinə başlanılacaq.
Piyada keçidi iki giriş-çıxışdan ibarət olacaq. Keçidin uzunluğu 120, eni 6, hündürlüyü isə 3 metr olacaq.


Teqlər:  





Xəbər lenti