YAP Heydər Əliyevin 91 illiyini necə qeyd edəcək?

YAP Heydər Əliyevin 91 illiyini necə qeyd edəcək?
  28 Mart 2014    Oxunub:1133
“Ulu öndər Heydər Əliyevin adanan olmasının 91 illiyi ilə bağlı partiyanın idarə heyətində müzakirələr aparılır. İdarə Heyətinin ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinin qeyd olunması ilə bağlı qərarı var”.
Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov hakim partiyanın mərhum prezident Heydər Əliyevin 91-ci ildönümünə hazırlıqdan danışarkən deyib.

O vurğulayıb ki, yubileyə həsr olunmuş kitab hazırlanır: “Kitab böyük bir konfrasın materiallırıdır. Biz hər il belə kitab buraxırıq. Bundan başqa yubileylə əlaqədar tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həm partiyanın yerli təşkilatlarında, həm də ümumrespublika səviyyəsində tədbirlər keçiriləcək. Eyni zamanda gənclər birliyi, partiyanın qadın təşkilatı öz proqramları çərçivəsində tədbir keçirəcək”.

Qeyd edək ki, bu il mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 91 illiyi tamam olur.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti