`The Guardian`ın uğurunun sirri – REPORTAJ, MÜSAHİBƏ

`The Guardian`ın uğurunun sirri – REPORTAJ, MÜSAHİBƏ
  28 Mart 2014    Oxunub:7787
Böyük Britaniyanın zəngin və parlaq tarixə malik `The Guardian` qəzeti ilk dəfə 1821-ci il, 5 may tarixində Mançesterdə nəşr olunub. İlkin satış qiyməti 7 dollar təşkil edib. Qəzetin prototipi “The Manchester Guardian” 19-cu əsrin böyük islahatları dövrünün ən nüfuzlu qəzeti olub.

1959-cu ildə adında Mançester ixtisarını edilərək sadəcə “The Guardian” olan bu mətbu orqanı bu gün də müstəqil debatların keçirildiyi özünəməxsus forum-meydan rolunu oynamaqdadır.
1964-cü ildə redaksiya Mançesterdən Londona köçür.
1993-cü ildən isə `The Guardian` qrupuna həftəlik bazar buraxılışı `The Observer` qəzeti də əlavə edilir.

2004-cü ildə `The Guardian` qəzetinin elektron versiyası yayınlanmağa başladı. Gələcəyin məhz rəqəmsal mediada olacağını proqnozlaşdıran rəhbərlik “İnteqrasiya” proqramını reallaşdırmağı qərara alır. Bu yolda ilk addım online medianın potensial imkanlarını `The Guardian` daxilində genişləndirmək, gücləndirmək olur.

Beləliklə, 2008-ci ilədək fərqli məkanlarda, ünvanlarda yerləşən `The Guardian`a məxsus qəzet redaksiyaları, həmin il yeni, ərazisi böyük bir binada cəm edilir. İmkanlar artdıqda məsuliyyət də artır. Xüsusən də əgər qəzet, təkcə Böyük Britaniyanı yox, həmçinin, beynəlxalq miqyası əhatə edirsə.

Yeri gəlmişkən, `The Guardian` oxucularının 3/1 hissəri Boyük Birtaniyadan, 3/1 hissəri ABŞ-dan, qalan hissəsi isə digər ölkələrdəndir. Bu baxımdan redaksiya heyəti, qəzetin elektron versiyasını inkişaf etmək üçün bütün gücünü səfərbər edir. Ən azından ona görə ki, məsələn, Azərbaycan kimi balaca ölkələrdə dərginin oxuculara asan çıxışı heç olmazsa, online vasitəsiylə mümkünləşsin.

`The Guardian`ın baş redaktoru Yan Tomson (Jan Thompson) deyir ki, həm online, həm çap versiyası, həm də bazar əlavəsi üzərində ayrıca heyət, komanda çalışır. Hazırda redaksiyada ümumi jurnalist sayı 600 nədərdir.

* * *

`The Guardian` Britaniya qəzetləri arasında ən çox nüfuzunu qoruyan nadir mətbu orqanlarından biridir. Hətta ara-sıra yayınladığı dövlət təhlükəsi yaradan bəzi məxfi yazılarla adının qalmaqallarda hallanması belə qəzetin nüfuzuna xələl gətirmir.

Saytda yerləşdirilən materiallar istər mövzu, istərsə də təqdimat etibarilə çap versiyasından fərqlənir. Online versiyasının qısa zamanda uğur əldə etməsinə rəğmən çap formatı bu gün də vacibliyini və oxunaqlığını qoruya bilir. Lakin hər il bütün dünyada olduğu kimi sözügedən mətbu orqanında da 17 % itki, azalma müşahidə edilir. Bu da əlbəttə ki, mobil, elektron cihazlar, online resurslala tələbatın artması ilə bağlıdır. Bu rəqəm də 25-40 faiz təşkil edir.

Bəs, məlum 17 faiz azalma, mətbu orqanının gəlirlərinə və əməkdaşların maaşlarına necə təsir göstərir? Qəzetin baş redaktoru Jan Tomson (Jan Thompson) bunu belə izah edir: “Bütün qəzetlərdə, şirkətlərdə öncədən müəyyənləşdirilmiş 5 illik plan var. `The Guardian` da bu baxımda istisna deyil. Media fəaliyyətimizin 5 illik planlaşdırmasına maliyyə gəlirləri də daxil edilir. Sirr deyil ki, bu gün daha çox gəlir əsasən rəqəmsal məhsuldan alınır. Çap versiyasında üzləşdiyimiz itkiləri rəqəmsal, yeni media formatından qazandıqlarımızla kompensasiya edirik. Ona görə də bütün diqqətimiz, səylərimiz bu sahənin inkişafına yönəlib”.



Jan Tomsonla söhbətimizə davam edirik:

- Bir çox media holdinqlərin keçmişinə baxdıqda görürük ki, əvvəl çap, sonra online versiya, ən sonda isə tv kanalı olaraq fəaliyyətlərini davam etdirirlər. The Guardian-da TV kanalın movcudluğu nə dərəcədə realdır?


- Sizinlə tamamilə razıyam, biz də mətbu qurumumuzun nümunəsində görürük ki, video materiallara maraq, diqqət getdikcə artıq. Lakin ayrıca televiziya kanalı yaratmaq planımız hələ ki, yoxdur. Baxmayaraq ki, ayrıca studiyamız, verilişlərimiz var. Amma ayrıca peyk vasitəsilə televiziya kanalı açmağa ehtiyac görmürük. Çünki, gələcək online medianındır. Bu baxımdan saytımızda mütəmadi olaraq audio-video materiallara geniş yer veririk. Çəkilişlərimizi ayrıca Youtube kanalımızda da arxivləşdiririk. Bundan başqa, 24 saat yenilənən canlı bloqlarımız var. Ümumiyyətlə, materiallarımız hər üç versiyada – çap, online ve video formatda hazırlanır. İlk xəbər, informasiya olaraq yayımlanan məlumatlarımız sutka ərzində yenilənir, analiz, reportaj və ya araşdırmaya qədər genişləndirilir.

Oxucularımızla kontaktı və onların maraq dairəsini müəyyənləşdirmək üçün “açıq jurnalistika” anlayışından yararlanırıq. Buna “vətəndaş jurnalistikası” da deyilir. Məsələn, media ilə əlaqəsi olmayan sıravi bir vətəndaş hansısa bir hadisəni, süjeti çəkib göndərə bilər. Və çəkilən material həqiqətən də maraqlıdırsa, saytımızda yerləşdiririk.

- Təcrübə göstərir ki, ənənəvi mediadan yeni mediaya keçid müəyyən çətinliklərlə müşayət olunur. Ənənəvi media qaydalarına alışmış, bu sahədə peşəkarlaşmış insanların əksəriyyəti yeni media standartlarından xəbərdar deyillər. Bu baxımdan `The Guardian` əməkdaşları yeni mediaya inteqrasiya prosesini necə yaşadılar? Onlara multimedia sahəsində təlimlər keçildi, yoxsa bu işi bilən yeni kadrlar cəlb olundu?

- Redaksiyamızda ayrıca multimedia şöbəsi və orda çalışan mütəxəssislərimiz var. Düşünürəm ki, jurnalistlər medianın bütün standartlarından xəbərdar, yeniliklərə açıq və hazır olmalıdırlar. Bu baxımdan multimedia sahəsində mütəmadi təlimlər keçirir, əməkdaşlarımıza yeni media formatlarını aşılamağa çalışırıq. Hər birinin istər çap, istər online, hətta radio sahəsində peşəkar bacarıqları kifayət qədərdir, biz sadəcə olaraq yeni vasitələrdən yararlanmağı, texniki yeniliklərlə işləməyi öyrədir, onlara fərqli yanaşma təqdim edirik. Təcrübə də göstərir ki, jurnalistin həvəsi, marağı olduqdan sonra istənilən şeyi öyrənmək çətin və ya mümkünsüz deyil.

- `The Guardian` və `The Observer` mətbu orqanlarının uğur strategiyasını açıqlaya bilərsinizmi?

- Təbii ki. Özəlliklə rəqəmsal mediada uğur qazanmaq üçün şirkətin strategiyası olmalıdır. İlk növbədə düzgün iqtisadi model yaratmaq zəruridir. Bizim strategiyamızın vacib məqamlardan biri abunəçilərimizdən online abunə üçün haqq almamaq, maliyyəni əsasən reklam şirkətlərini cəlb etməklə qazanmaq, vurğunu məhz bunun üzərinə edərək oxucu auditoriyamızı genişləndirmək, qəzetimizi daha da populyarlaşdırmaqdır. Yəni, hər hansı bir reklam verən şirkət və ya şəxs, qəzetin oxunaqlılığına, abunəçilərin sayına diqqət edir. Bu məqamı nəzərə alaraq digər media şirkətlərindən fərqli olaraq gəlir sxemimizdə maliyyəni abunəçilərimizdən yox, reklamçılardan qazanmağa çalışırıq. Hansı mətbu qurumunun haqlı olub-olmadığını demək çətindir, amma təcrübə göstərir ki, bizim strategiyamıza məhz bu yol uyğundur.

Digəri gəlir mənbəyimiz mobil vasitələr üçün satdığımız əlavə proqramlardandır. Şirkətimizin təqdim etdiyi yeni media modeli ilə yaxından maraqlananlar olur, təbii ki, öz məqsədləri, öz işləri üçün. Bu da şirkətimizə müəyyən qədər sponsorluq dəstəyini təmin edir.

- The Guardian-da senzura anlayışı, istər mövzu, istərsə də müsahiblə bağlı qadağalar varmı?

- Heç bir senzura yoxdur, qadağalar da yalnız şirkətdaxili iş prosesində ola bilər.

Sevda Babayeva / London
Xüsusi olaraq AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti