DİN nazirin qadağasına aydınlıq gətirəcək

DİN nazirin qadağasına aydınlıq gətirəcək
  29 Mart 2014    Oxunub:778
Təqaüddə olan polislərin pulsuz müalicə hüququnun ləğv edilməsi haqda mətbuatda məlumat yayılıb. İddia edilir ki, daxili işlər naziri Ramil Usubov bu barədə martın 19-da sərəncam imzalayıb.
Məsələ ilə bağlı nazirliyin mətbuat xidməti ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzVision.az-a xəbərdən məlumatlı olduqlarını bildirərək bu haqda yaxın saatlarda açıqlama yayacaqlarını deyib.

“Bu xəbərdən məlumatım var. Yarım saata bu barədə açıqlama verəcəyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti