“Şəhidlər xiyabanı” yenidən qurulacaq

“Şəhidlər xiyabanı” yenidən qurulacaq
  29 Mart 2014    Oxunub:11146
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sumqayıtda “Şəhidlər xiyabanı” kompleksi yenidən qurulur
Sumqayıt Şəhər İcra Hakimiyyətində şəhər ictimaiyyətinin, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin iştirakı ilə “Şəhidlər xiyabanı” kompleksinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçiriləcək yenidənqurma, 20 Yanvar və Xocalı abidələrinin isə tikinti işləri layihələrinin təqdimatı olub.

AzVision.az xəbər verir ki, abidənin memarı Vaqif Nəzərov qeyd etdi ki, bu abidə vaxtilə Sovet İttifaqı dövründə beşguşəli ulduz formasında hazırlanmış, müstəqillik dövründə isə səkkizguşəli ulduz formasına salınaraq müvəqqəti saxlanılmışdır. Adi betondan hazırlanan bu abidə nə materialların keyfiyyəti, nə də məzmun baxımından günün tələblərinə cavab vermir.

Tədbirdə iştirak edən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri yeni abidənin yaradılacağına görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildirdilər.


Teqlər:





Xəbər lenti