Səyyar “ASAN xidmət” bölgələrdə
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, dekabr ayına qədər səyyar “ASAN xidmət” vasitəsilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Səyyar “ASAN xidmət” vasitəsilə aprel ayında aşağıdakı məntəqələrdə müvafiq rayonların sakinlərinə xidmət göstəriləcək:
• Aprelin 1-10-da Qazax rayonunda Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinə;
• Aprelin 1-12-də Xırdalan şəhərində Abşeron rayonunun sakinlərinə;
• Aprelin 14-23-də Ağstafa rayonunda Ağstafa, Qazax, Tovuz rayonlarının sakinlərinə;
• Aprelin 16-25-də Hacıqabul rayonunda Hacıqabul rayonunun sakinlərinə;
• 27 aprel–8 mayda Tovuz rayonunda Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinə;
• 29 aprel-8 mayda Kürdəmir rayonunda Kürdəmir rayonunun sakinlərinə
Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi, vətəndaş məmnunluğuna nail olunması səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədidir.
Teqlər: