60 nəfər ədliyyə orqanlarına işə qəbul olub

60 nəfər ədliyyə orqanlarına işə qəbul olub
  31 Mart 2014    Oxunub:954
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 2013-cü il noyabrın 16-da keçirilmiş test imtahanından uğur qazanmış namizədlərlə Ədliyyə Nazirliyinin müsabiqə komissiyası tərəfindən fərdi qaydada söhbət aparılıb və müsabiqəyə yekun vurulub.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, altmış nəfər söhbətdən müvəffəqiyyətlə keçib.

Onlar qanunvericiliyə əsasən, peşə fəaliyyətinə buraxılması məqsədilə aprelin 2-dən etibarən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi, 158) icbari təlimə cəlb olunacaqlar.

Müvəffəqiyyət qazanmış namizədlərin siyahısı ilə nazirliyin saytında (www.justice.gov.az) tanış olmaq mümkündür.


Teqlər:  





Xəbər lenti