Ötən günün kriminal icmalı

Ötən günün kriminal icmalı
  31 Mart 2014    Oxunub:871
DİN-in mətbuat xidməti ötən gün baş verən kriminal hadisələrin xronikasını açıqlayıb.
AzVision.az xəbər verir ki, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib;
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb;
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib;
Cinayət törətdiklərinə görə 15 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti