Müsavatın hədəsinə Meriyadan cavab gəldi

Müsavatın hədəsinə Meriyadan cavab gəldi
  31 Mart 2014    Oxunub:1503
Bu gün Müsavat Partiyası qurultayla bağlı müraciətə cavab verilmədiyi iddiası ilə Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib. Partiya buna əsas kimi müraciətlərinin cavabsız qaldığını iddia edib.
Məsələ ilə bağlı meriyadan münasibət öyrənməyə çalışdıq. İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova ilə əlaqə saxladıq. AzVision.az-a açıqlamasında N.Mərdanova bu barədə məlumatlı olmadığını deyib.

O həmçinin bu məsələ ilə bağlı danışmaq iqtidarında olmadığını bildirərək Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Zaur Ramazanlının açıqlama verməli olduğunu qeyd edib.

Z.Ramazanlı isə meriyanın məhkəməyə verilməsi barədə suala cavab vermək istəmədiyini vurğulayıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti