Zakir Həsənov qərargah rəisini işdən çıxardı

Zakir Həsənov qərargah rəisini işdən çıxardı
  31 Mart 2014    Oxunub:873
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini icra edən, HDQ-nin qərargah rəisi, I dərəcəli kapitan (polkovnik) Yunus Məmmədov sərəncama göndərilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Y.Məmmədov sərəncama göndərilsə də, hələlik ordu sıralarından tərxis olunmayıb.

HDQ-nin qərargah rəisi vəzifəsinin icrası isə II dərəcəli kapitan (polkovnik-leytetant) Şahin Məmmədova tapşırılıb. O, eyni zamanda, hələlik HDQ-nin komandanı vəzifəsini icra edəcək.

Qeyd edək ki, cəmi bir neçə gün əvvəl, martın 11-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilmiş, daha sonra həmin vəzifənin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılmışdı.


Teqlər:





Xəbər lenti