İlham Əliyev Ərdoğanı təbrik etdi
AzVision.az-ın məlumatına görə, İ.Əliyev Ərdoğanı Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərindəki qələbələri münasibətilə təbrik edib.
Rəcəb Tayyib Ərdoğan isə İlham Əliyevə göstərdiyi diqqətə görə təşəkkür edib.
Qeyd edək ki, İlham Əliyevlə yanaşı, R.T.Ərdoğanı Rusiya prezidenti Vladimir Putin, Pakistanın baş nazir Nevaz Şərif də təbrik edib.
AzVision.az