Nəcməddin Sadıxov cəbhədə yoxlama aparır

Nəcməddin Sadıxov cəbhədə yoxlama aparır
  01 Aprel 2014    Oxunub:1051
Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi cəbhə bölgəsində səfərdədir.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti