Nazirlikdə 2 şöbə müdirsiz qalıb
Bunu AzVision.az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.
Onun sözlərinə görə, hələlik bu vəzifəyə təyinat yoxdur, həmin yerlər boşdur.
M.Hacıyev onu da əlavə edib ki, nazirin müvafiq sərəncamı olarsa ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Kənd Təsərrüfati Nazirliyinin 17 mart 2014-cü il tarixli əmri ilə Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Fərəcov Çingiz Əliş oğlu və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanan əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.
Sevinc İltifatqızı
Teqlər: