Ermənistan 4 hərbiçisini itirib

Ermənistan 4 hərbiçisini itirib
  01 Aprel 2014    Oxunub:803
Azərbaycanın işğal altındakı ərazilərində son iki həftə ərzində 4 erməni hərbçi ölüb.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, erməni hərbçilərdən biri mina partlayışı, qalanları isə atəşkəsin pozulması nəticəsində öldürülüb.

Martın 19-da Qarabağda yerləşən hərbi hissələrdən birinin əsgəri, 20 yaşlı Arman Qukasyan, martın 24-də 22 yaşlı Qarnik Torosyan, martın 27-də isə 19 yaşlı Araik Babayan Azərbaycan hərbçilərinin sərrast atəşi ilə məhv edilib.

Martın 31-də isə Ermənistan ordusunun baş leytenantı Arutyun Safaryan qoşunların təmas xəttində minaya düşərək ölüb.


Teqlər:  





Xəbər lenti