ABŞ-dan Azərbaycanla bağlı daha bir qətnamə

ABŞ-dan Azərbaycanla bağlı daha bir qətnamə
  02 Aprel 2014    Oxunub:768
ABŞ-ın Missisipi ştatının Nümayəndələr palatasında “ABŞ ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı dəstəkləyən” Qətnamə qəbul olunub.

Sənəddə Azərbaycanın ABŞ üçün strateji əhəmiyyət daşıyan tərəfdaş olduğu və tərəflər arasında 20 ildir ki, bir çox sahədə, o cümlədən enerji təhlükəsizliyi, beynəlxalq terrorçuluğa, narkotiklərə və insan alverinə qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmaması və s. səmərəli əməkdaşlığın inkişaf etdiyi qeyd edilib. Qətnamədə, həmçinin Azərbaycanın iqtisadi sahədə böyük uğurları vurğulanaraq Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı və strateji əhəmiyyətli layihələrin təşəbbüskarı olduğu xüsusilə vurğulanıb.

Xatırladaq ki, keçən il Missisipi ştatı Nümayəndələr palatası Xocalı qətliamını tanıyıb. (AzərTAc)


Teqlər:





Xəbər lenti