Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq
  02 Aprel 2014    Oxunub:971
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, aprelin 3-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil ediləcəyi gözlənilir, axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda isə gecə və gündüz 0-5 dərəcə isti olacaq.

AzVision.az




Teqlər:





Xəbər lenti