ANS üçün yeni bina tikiləcək - ÖZƏL

Məlumatı dəqiqləşdirmək üçün ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədovla əlaqə saxladıq. M.Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, yeni bina ilə bağlı proyekt olsa da, ünvan hələlik dəqiqləşməyib.
“Bununla bağlı proyektimiz var. Amma binanın harada tikiləcəyi, neçə mərtəbədən ibarət olacağı və digərləri müəyyənləşməyib. Qısa müddət ərzində bütün bunlar dəqiqləşəcək”-deyə, kanal rəsmisi qeyd edib.
Sevinc İltifatqızı