Dövlət qurumlarının fəaliyyəti yoxlanılacaq

Dövlət qurumlarının fəaliyyəti yoxlanılacaq
  02 Aprel 2014    Oxunub:869
Ötən gün Hesablama Palatasının kollegiya iclası keçirilib.

Palatanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında Hesabat” geniş müzakirə olunaraq təsdiq edilmiş və Hesabatın Azərbaycan Respublikası Milli Məclisində müzakirə üçün təqdim olunması qərara alınıb.

İclasda dövlət büdcəsinin yerli xərclərindən Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərdən və büdcədənkənar daxilolmalardan, dövlət büdcəsinin yerli xərclərindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərdən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azəriqaz” İstehsalat Birliyinə dövlət proqramları üzrə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərdən istifadəyə dair, həmçinin “Aztelekom” ASC tərəfindən dövlət büdcəsinin gəlirlərinin qanunvericiliyə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsi, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin gəlir və xərclərinin, o cümlədən, saxlanma ilə bağlı xərclərinin icrası ilə bağlı Audit proqramları da təsdiq edilib.

Kollegiya həmçinin, dövlət büdcəsinin funksional təsnifatının “Ümumi dövlət xidmətləri” bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin saxlanılmasına ayrılan vəsaitlərdən istifadəyə dair Audit proqramının təsdiq edilməsi barədə qərar qəbul edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti