Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək

Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək
  02 Aprel 2014    Oxunub:1698
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 4 aprel-də saat 11:00-dan Kürdəmir şəhərində vətəndaşların qəbulu keçiriləcək.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, qəbulda yalnız Kürdəmir, Göyçay, Ucar və Zərdab rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Kürdəmir şəhəri, Soltan Şıxəliyev küçəsi 22) 3 aprel 2014-cü il tarixində saat 10:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Teqlər:  





Xəbər lenti