“Ordunun qurulmasında Türkiyənin böyük köməyi var” – Baş nazir

“Ordunun qurulmasında Türkiyənin böyük köməyi var” – Baş nazir
  02 Aprel 2014    Oxunub:919
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özel bu gün Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşüb.
Türkiyə Silahlı Qüvvələrindən AzVision.az-a verilən məlumata görə, mətbuata qapalı keçirilən görüşdə N.Özal iki ölkə arasındakı hərbi əməkdaşlığın xalqların mənafeyinə uyğun olduğunu qeyd edib.

Region üçün təhlükə olan Ermənistan-Azərbaycan arasındakı münaqişə və Dağlıq Qarabağ problemindən bəhs edən türkiyəli general bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır.

Baş nazir Artur Rasizadə isə Azərbaycan ordusunun qurulması və müasirləşdirilməsi üçün Türkiyənin göstərdiyi köməyə görə N.Özala təşəkkür edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti