Arvadını qətlə yetirən ər həbs olunub

Arvadını qətlə yetirən ər həbs olunub
  02 Aprel 2014    Oxunub:976
Baş Prokurorluq Gəncədə törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, martın 30-da saat 21 radələrində Bayramova Gülnarə Teymur qızının kəsilmiş-deşilmiş yara xəsarətləri ilə Gənşə şəhər 3 saylı Təcili Tibbi Yardım Stansiyasına daxil olması və orada aldığı xəsarətlərdən ölməsi barədə daxil olmuş məlumatla əlaqədar şəhər prokurorluğunun və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
1971-ci il təvəllüdlü Natiq Bayramovun martın 30-da saat 19 radələrində yaşadığı Gəncə şəhərindəki evində şəxsi münaqişə zəminində arvadı Gülnarə Bayramovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
N.Bayramova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.



Teqlər:





Xəbər lenti