Elnur Aslanov nazirlikdə nə iş görəcək?

Elnur Aslanov nazirlikdə nə iş görəcək?
  02 Aprel 2014    Oxunub:1091
Xəbər verdiyimiz kimi Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təyinat alıb.

PA-nin sabiq şöbə müdiri nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsində çalışacaq. AzVision.az-ın məlumatına 2007-ci ildən PA-nın şöbə müdiri işləyən E.Aslanovun rəhbərlik edəcəyi Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsi (SEŞ) 2005-ci ildə yaradılıb. Sözügedən şöbə nazirliyin mərkəzi aparatında rabitə və (telekommunikasiya poçt) və İnformasiya texnologiyaları sahəsində dövlət elmi-texniki siyasəti formalaşdıran, (təkliflər hazırlayan) həyata keçirən, rabitə və informasiya texnologiyalarının elmi inkişafının təmin edilməsində iştirak edən struktur tərkibi kimi fəaliyyət göstərir.

Şöbənin əsas hüquqları nazirliyin səlahiyyətlərinə aid olan məsələlərin tətbiqi və həlli üçün elmi-tədqiqat və təcrübəvi mühəndis işlərinin görülməsi, texniki ekspertizaların aparılması və məsləhət xidmətlərinin göstərilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada elmi-tədqiqat və təhsil müəssisələrini, şirkətləri, mütəxəsisləri cəlb etməkdir.
Bu baxımdan Elnur Aslanovun yeni vəzifəsində əsas missiyası nazirlik üzrə uzunmüddətli dövlət siyasətinin əsas müddəalarının elmi inkişaf strategiyasının həyata keçirilməsini təşkil etmək olacaq.

Elnur Aslanovun səlahiyyətləri nədən ibarətdir?

-Şöbə müdiri şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

Şöbə müdiri şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir.

Şöbənin fəaliyyətinə daxil olan məsələlər üzrə normativ-hüquqi aktların layihələrini müəyyən edilmiş qaydada təsdiq edilmək üçün nazirə təqdim edir.

Şöbə müdiri, şöbə daxilində sektor müdirlərinin və işçilərin vəzifə təlimatlarını təsdiq edir. Şöbə daxilindəki sektorlara rəhbərlik edir və onların fəaliyyətinə nəzarət edir.

Şöbə işçiləri arasında iş bölgüsü aparır.

Şöbənin fəaliyyətinə dair icrası məcburi olan göstərişlər verir, hüquqi sənədləri imzalayır, əmr və göstərişlərin icrasını təşkil edir və nəzarəti həyata keçirir.

Rabitə və informasiya texnologiyaları sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün məqsədyönlü iş aparır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin göstərişi ilə xarici dövlətlərdə SEŞ-in fəaliyyətinə dair məsələlərdə səlahiyyətli nümayəndə kimi çıxış edir.

Şöbənin hər bir işçisi vəzifə təlimatlarında nəzərdə tutulmuş işlərin vaxtında yerinə yetirilməsinə, Nazirin əmr və sərəncamlarına uyğunluğuna görə bu əsasnamə ilə müəyyən edilmiş vəzifələr və funksiyalar çərçivəsində şəxsən məsuliyyət daşıyır.

Peşə sirlərinin qorunması tədbirlərinə əməl edilməsinə məsuliyyət daşıyır.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti