Partiyalar bələdiyyə seçkilərinə hazırlaşırmı?

Partiyalar bələdiyyə seçkilərinə hazırlaşırmı?
  02 Aprel 2014    Oxunub:1593
Bu ilin dekabrında Azərbaycanda növbəti bələdiyyə seçkiləri baş tutacaq. Bir çox partiya artıq seçkidə iştirak edəcəyini və hazırlıq işlərinə başladığını açıqlayıb. Bununla yanaşı seçkidə iştirak etmək fikrində olmayan partiyalar da var.
Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, rəhbəri olduğu partiya seçkiyə qatılmayacaq: “Partiya daxilində müzakirələr keçirdik və seçkidə iştirak etməmək barədə qərara gəldik. Partiyanın əsas diqqəti seçki mühitinin dəyişdirilməsinə yönləndiriləcək”.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə partiyasının bələdiyyə seçkilərinə hazirlaşdığını bildirib.

“Partiyamız seçkilərdə iştirak edəcək. Artıq hazırlıq işləri başlayıb və normal davam edir”.

Demorkatik İslahatlar Partiyasının sədri Asim Mollazadə də qeyd edib ki, partiya artıq sçekilərə hazırlıq işlərinə başlayıb: “Mütləq iştirak edəcəyik. Bölgələrdə rayon təşkilatları da hazırlıq işlərini davam etdirirlər”.

Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev deyib ki, partiyanın seçkidə iştirakla bağlı dəqiq qərarı yoxdur: “Həm bələdiyyələrin statusu, həm də seçki haqqında qanun göstərir ki, bələdiyyə seçkilərində iştirak nə qədər məqsədəuyğun olar? Ona görə də partiya daxilində ciddi müzakirələr gedir. Bu yaxınlarda məclisimiz olacaq, orada daha konkret mövqe əldə olunacaq”.

Qeyd edək ki, müxalif cəbhədən fərqli olaraq hakim Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərinə hələ cari ilin əvvəlindən başladıqlarını bəyan ediblər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti