İlham Əliyev türk generalla görüşdü

İlham Əliyev türk generalla görüşdü
  02 Aprel 2014    Oxunub:940
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyi vurğulanıb, N.Özelin ölkəmizə səfərinin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Görüşdə həmçinin ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti