Səlim Müslümov əlillərin problemini müzakirə edib
Nazilikdən AzVision.az-a verilən məlumata görə, Azərbaycanın sosial dövlət statusunu daim gücləndirən ölkə olduğunu deyən S.Müslümov ölkəmizdə əlilliyi olan vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Nazir ölkə əlillərinin bərpa-müalicəsi sisteminin inkişaf etdirilməsi ilə yanaşı, onların ictimai həyata fəal inteqrasiyasını təmin edən sosial reabilitasiya modelinin tətbiqinin genişləndirildiyini söyləyib.
Xanım M.S.Sisternas Reyes Konvensiyada nəzərdə tutulan öhdəliklərin icrası ilə bağlı Azərbaycanda işgüzar mühitin olmasından, bu sahədə ölkəmizdə aparılan işlərdən məmnunluğunu ifadə edib.
Görüşdə Konvensiyaya münasibətdə Azərbaycanda aparılan işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycandan 7 yaşlı sağlamlıq imkanları məhdud uşağın hazırladığı əl işi xatirə olaraq xanım M.S.Sisternas Reyesə təqdim olunub.
AzVision.az