Siyavuş Novruzovdan məmur övladlarına SƏRT SÖZLƏR

Siyavuş Novruzovdan məmur övladlarına SƏRT SÖZLƏR
  03 Aprel 2014    Oxunub:1175
“Mən başa düşə bilmirəm ki, bir vətəndaş, məsələn, aldığı saatı və ya nəqliyyat vasitəsini nəyə görə camaata göstərir”.
AzVision.az xəbər verir ki, bu sözləri apa-ya müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Bəzi məmur övladlarınin dəbdəbəli həyat sürməsinin göstəricisi olan şəkilləri müəyyən sosial şəbəkələrdə paylaşmasına münasibət bildirən deputat vurğulayıb ki, vətəndaşların bundan nə effekt qazması ona çatmır:

“İnsan azaddır, bilirsiniz, hər kəs istədiyi işlə məşğul ola, hər hansı biznesmen və ya onun övladı sosial şəbəkədə şəklini qoya, sahibkarlıq yolu ilə qazandığı vəsait hesabına istədiyi kimi yaşaya bilər. Amma heç onu da mən tövsiyə etmirəm. Çünki bunun özü də həm dini, həm etik, həm milli, həm də insaniyyət baxımından maraqlı deyil ki, şəxsi həyatını cəmiyyətə nümayiş etdirəsən. Məsələn, kimsə müğənnidirsə, ola bilər ki, bunu reklam üçün etsin. Mən başa düşə bilmirəm ki, bir vətəndaş, məsələn, aldığı saatı və ya nəqliyyat vasitəsini nəyə görə camaata göstərir. Bundan nə effekt qazanır, bu mənə çatmır. Əksinə, insanlar tərəfindən özünə nifrət qazanır. Bu baxımdan edirəm ki, bunların qarşısı kəskin şəkildə azaldılmalıdır”.

S.Novruzov hesab edir ki, insanlar hamısı sadə yaşayış tərzinə üstünlük verməli, vətəndaşlar üçün açıq olmalıdırlar. “Cənab prezidentin də tələbi ondan ibarətdir ki, hər şey xalq üçündür. Tikilən, qurulan, abadlaşdırılan hər bir müəssisələr, istirahət mərkəzləri insanlar üçün olmalı və yerlərdə rəhbər orqanlarda çalışanların vətəndaşlarla ünsiyyət qurması sadə olmalıdır”.



Teqlər:  





Xəbər lenti