Elmar Məmmədyarov həmkarı ilə görüşüb

Elmar Məmmədyarov həmkarı ilə görüşüb
  03 Aprel 2014    Oxunub:908
Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Aslovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında siyasi əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğu və əməkdaşlığın dinamik surətdə inkişaf etdiyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllində nümayiş etdirdiyi mövqeyinə görə Tacikistan tərəfinə təşəkkür edib.

Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Aslov Azərbaycanın regionun lider dövləti olduğunu qeyd edərək, ölkəmizin və xüsusilə paytaxt Bakının inkişafının müsbət təsir bağışladığını bildirib.

İki ölkə arasında siyasi, iqtisadi, dağ-mədən sənayesi, sərmayələr, nəqliyyat, təhsil və təlim sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılmış və ölkələrimizin malik olduğu potensiala uyğun olaraq, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb.

Görüş əsnasında rəsmi səviyyədə təmasların və qarşılıqlı səfərlərin davam etdirilməsi barəsində razılıq ifadə olunub.

Görüşün sonunda Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Aslov tərəfindən “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq proqramı” imzalanmıb


Teqlər:





Xəbər lenti