İlham Əliyev AOK prezidentilə görüşüb

İlham Əliyev AOK prezidentilə görüşüb
  03 Aprel 2014    Oxunub:868
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib.
AzVision.az-a verilən məlumata görə, Patrik Hikki “Bakı 2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin 3-cü toplantısı zamanı Azərbaycanda Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib.

Hazırlıq işlərinin qrafikə uyğun şəkildə görüldüyünü vurğulayan Patrik Hikki bu işlərin bütün sahələrdə yüksək səviyyədə həyata keçirilməsindən razılığını bildirib.

Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti