Millət vəkilləri Koreyaya səfər edəcək

Millət vəkilləri Koreyaya səfər edəcək
  04 Aprel 2014    Oxunub:892
AzVision.az Trend-ə istinadən verdiyi xəbərə görə,Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikası Milli Assambleyasının sədr müavininin dəvəti əsasında aprelin 4-də ölkənin paytaxtı Seula səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlar - Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, qrupun üzvləri Rauf Əliyev, İmamverdi İsmayılov, Sədaqət Vəliyeva və Rüstəm Xəlilov daxildirlər.

Səfər çərçivəsində millət vəkilləri Koreya parlamentinin fəaliyyəti, deputatların iş şəraiti ilə yaxından tanış olacaqlar. Nümayəndə heyətinin üzvləri Koreya Milli Assambleyasının spikeri Kanq Çanq-hi, vitse-spiker Park Byonq-sok, parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri ilə bağlı müzakirələr aparacaqlar.
Parlament sədrinin birinci müavini Z.Əsgərovun başçılığı ilə millət vəkillərinin ölkənin Baş naziri, xarici işlər naziri ilə görüşləri də nəzərdə tutulub.

Səfər zamanı deputatlarımız, habelə Koreyanın informasiya texnologiyaları sahəsində qabaqcıl şirkəti olan "SK Telekom", "Samsung Elektronics" mərkəzi, İnçon Texnoparkına baxış keçirəcək, Kyonqbokqunq sarayı, Seulun digər görməli yerləri ilə tanış olacaqlar.

Səfər aprelin 10-da başa çatacaq.


Teqlər:





Xəbər lenti