Elçin Quliyev türk generala medal verdi - FOTOLAR

  04 Aprel 2014    Oxunub : 443
Elçin Quliyev türk generala medal verdi - FOTOLAR
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özeli qəbul edib.

AzVision.az qurumun saytına istinadən xəbər verir ki, əvvəlcə N.Özelin qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq Baş Qərargah rəisi “Şərəf kitabı”na ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilən görüşdə E. Quliyev Azərbaycanın sərhəd təhlükəsizliyi sistemi, DSX-nin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş Azərbaycan-İran sərhədinin 132 km-lik ərazisindən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verib.

Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İki dövlət arasında sərhəd əməkdaşlığının hazırkı vəziyyəti və onun inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib. Sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşün sonunda DSX rəisinin əmri ilə iki ölkə arasında sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özel Azərbaycanın “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun da iştirak edib.

Foto


Teqlər: