“Bələdiyyə seçkilərinə getmək absurddur”

“Bələdiyyə seçkilərinə getmək absurddur”
  04 Aprel 2014    Oxunub:910
“Çox təəssüf ki, Azərbaycanda bələdiyyələrin statusu çox aşağıdır” .
AzVision.az xəbər verir ki, Milli Məclisin bügünkü plenar iclasında çıxış edən millət vəkili İqbal Ağazadə bildirib ki, bələdiyyələr yalnız qəbiristanlıqlara nəzarət edirlər.

“Bu il bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilərin əhəmiyyəti olduqca yüksəkdir. Çünki 1700 subyektdə 17000 üzv seçilir. Çox təəssüf ki, Azərbaycanda bələdiyyələrin statusu çox aşağıdır. Hətta elementar sahələri belə bələdiyyələrin nəzarətində deyil. Bu gün ölkədə 20-yə yaxın xidmət sahəsi var. Bunlardan yalnız beşi bələdiyyələrin funksiyasındadır. Bu beşindən dördü isə müştərək, yəni icra strukturu ilə birgədir. Bu cür bələdiyyə seçkilərinə getmək absurddur. Təklif edirəm ki, Milli Məclis bələdiyyələrin statusları ilə bağlı qanuna yenidən baxsın. Avropa Şurasına daxil olarkən üzərimə götürdüyümüz öhdəliklərə görə bələdiyyə başçıları xalq tərəfindən seçilməsi təmin olunmalıdır. Bələdiyyələrlə bağlı yeni bir təkliflər paketi hazırlayıb parlamentə təqdim edəcəyəm”.

Nihadə


Teqlər:  





Xəbər lenti