Azay Quliyevdən təklif

Azay Quliyevdən təklif
  04 Aprel 2014    Oxunub:884
Milli Məclisin bugünkü plenar iclasında deputat Azay Quliyev BMT Baş Assambleyasının Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü tanıdığını və beynəlxalq hüquqa səs verdiyini bildirib.

AzVision.az xəbər verir ki, millət vəkili bu hadisənin Azərbaycan üçün çox mühüm seçim olduğunu vurğulayıb :“Azərbaycan öz xarici siyasəti ilə beynəlxalq təşkilatlar qarşısında nə qədər ədalətli siyasət yürütdüyünü göstərdi. Bu, Azərbaycanın uğrudur”.

A. Quliyev XİN-in xaricdə Azərbaycanı təmsil edən millət vəkilləri ilə daimi görüşlər keçirilməsini təklif edib. Deputat 100-ə yaxın QHT-nin hələ də hesabatını QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etmədiyini də nəzərə çatdırıb.

Nihadə


Teqlər:  





Xəbər lenti