Qənirə Paşayeva BMT-yə səsləndi
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib: “Tovuz rayonunda ermənilərin dinc insanları gülləyə tutulması zamanı çox narahat olduq. Amma beynəlxalq təşkilatlar ayrı vaxt Azərbaycanda baş verən bir hadisəyə görə, səslərini başlarına atırdılarsa, nədənsə bu dəfə susdular. Burdan səslənib deyirəm ki, ATƏT və BMT Azərbaycandakı baş ofisləri nə üçün Azərbaycana mülki şəxsin yaralanması ilə bağlı heç bir açıqlama vermədilər? Bu bizi çox narahat edir. Amma eyni zamanda bu qurumlar öz hərəkətləri ilə iç üzlərini ortaya qoyurlar. İkili standartlarda yanaşma nə qədər davam edəcəksə, qurumlara insanların inamı da olmayacaq”.
Nihadə