Vilayət Eyvazov hesabat verdi
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, general-leytenant Vilayət Eyvazov illik məlumatı məruzə edərkən deyib.
O bildirib ki, bu əməllərə görə 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Beş mütəşəkkil dəstə və 152 cinayətkar qrup zərərləşdirilib və 529 insan alveri qurbanın cəmiyyətə inteqrasiyası təmin edilib.
Ötən il 80 insan alveri, 4 məcburi əmək faktı aşkarlanıb. Bu cinayətlərə görə 14 qadın olmaqla 17 nəfər məsuliyyətə cəlb olunaraq məhkəmə qarşısına çıxarılıb. İnsan alveri cinayətində təqsirləndirilərək axtarışa verilmiş 17 nəfərdən 5-i tutularaq istintaq orqanlarına təhvil verilib. Müəyyən edilmiş 56 qurbandan 41-i qadın, 15-i kişi olub. Onlardan 19-u Türkiyəyə, 16-sı BƏƏ-nə, 15-i Rusiya, biri isə İran İslam Respublikasına aparılıb. Beş nəfər isə ölkə daxilində məcburi əməyə cəlb edilib.
Nihadə