Vilayət Eyvazov azyaşlı qızlarla bağlı vəd verdi

  04 Aprel 2014    Oxunub : 1124
Vilayət Eyvazov azyaşlı qızlarla bağlı vəd verdi
“Azərbaycanda azyaşlı uşaqların, xüsusilə də azyaşlı qız uşaqlarının məcburi əməyə cəlb olunmasına qarşı sərt mübarizəyə başlanacaq”.

AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru - daxili işlər nazirinin birinci müavini, general leytenant Vilayət Eyvazov illik hesabatının müzakirəsi zamanı bu məsələ ilə bağlı deputat Elmira Axundovanın iradına cavab olaraq bildirib.

O etiraf edib ki, ola bilsin, bu məsələ onlar tərəfindən o qədər ciddi nəzarətdə olmayıb: “Bu barədə Elmira xanımın dediyi kimi problemlərin olması ilə razılaşırıq. Amma buradan elan edirəm ki, bu gündən etibarən Azərbaycanda azyaşlı qızların, ümumiyyətlə, azyaşlı uşaqların məcburi əməyə cəlb olunmasına qarşı mübarizədə ciddi tədbirlərə başlanacaq”.

Nihadə

Teqlər: