14 qanun dəyişdirildi

14 qanun dəyişdirildi
  04 Aprel 2014    Oxunub:1117
Bu gün Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclasında 14 qanuna dəyişiklik edilib. Həmçinin 3 yeni qanun layihəsi səs verməyə qoyularaq qəbul olunub.

AzVision.az xəbər verir ki, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib və ətraflı müzakirələr aparılıb. Bundan başqa"Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında" sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi qəbul olunub. Eyni zamanda "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi səs verməyə qoyularaq qəbul olunub.

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, və "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Bundan əlavə Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda, "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda, “Dövlət qulluqçularının icbari sığortası haqqında"Azərbaycan Respublikası Qanunununda, "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununda, "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələri qəbul olunub.

Həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələri qəbul olunub.

Nihadə


Teqlər:





Xəbər lenti