İlham Əliyev həmkarını təbrik edib

İlham Əliyev həmkarını təbrik edib
  04 Aprel 2014    Oxunub:982
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti Andrey Kiskaya təbrik məktubu ünvanlayıb.

AzVision.az xəbər verir ki, təbrikdə deyilir: "Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Slovakiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".


Teqlər:  



Xəbər lenti