Təhsil Nazirliyindən daha bir yenilik

Təhsil Nazirliyindən daha bir yenilik
  05 Aprel 2014    Oxunub:1170
Təhsil Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sırasına daha biri əlavə olunub.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiya) onlayn yoxlanılmasına (https://azvision.az/redirect.php?url=http://www.nostrifikasiya.edu.az/frontend/az/form) başlanılıb.

Hazırda Təhsil Nazirliyi tərəfindən 5 interaktiv və 20-dən artıq informativ elektron xidmət (https://azvision.az/redirect.php?url=http://www.edu.gov.az/view.php?lang=az&menu=394&id=4411) göstərilir. Həmçinin təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, eləcə də təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması elektron xidmətlərinin göstərilməsi istiqamətində müvafiq işlər davam etdirilir.


Teqlər:  



Xəbər lenti