Sabahdan hava pisləşir
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, aprelin 6-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.
Rayonlarda hava yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq. Rayonlarda havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda isə gecə 3 dərəcə şaxta, 2 dərəcə isti, gündüz 2-5 dərəcə isti proqnozlaşdırılır.
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 6-da Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin kəskin dəyişməsi, qısa müddətdə atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun kəskin enməsi meteohəssas insanlar üçün çox əlverişsizdir.
Aprelin 6-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Aprelin 6-da havanın temperaturu aprelin 5-i ilə müqayisədə 10-14 dərəcə düşəcək.







Vaxtında, Aydın, Lazımlı!


